"Əgər imkan və resurslar varsa, onlardan istifadə edib lazımi güzəştlər, konpensiyasiyalar veriləcək. Digər yandan bank kreditləri ilə yaranan problemi aradan qaldırmaq üçün imkan yoxdursa, o zaman dünya ölkələrində devalvasiya baş verəndə hansı addımlar atılıbsa, Azərbaycan da o addımı atacaq". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov manatın devalvasiyası ilə əlaqədər bank kreditlərinə güzəştlərin tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
Baş nazirin müavini vurğulayıb ki, məsələ ciddi şəkildə araşdırılmalıdır: "Hər hansı bir təklifi səsləndirmək çox asandır. Bu kimi halları aradan qaldırmaq üçün lazımi resursların axtarılması və tapılması ciddi araşdırmalar tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi altında yaranmış vəziyyətin çox qısa zamanda aradan qaldırılması üçün çox ciddi işlər görülür. Güman edirəm ki, çox yaxın zamanda yaranmış bu vəziyyətin nizama salınması üçün görülən işlər öz nəticəsini verəcək. Çətinliyin ömrü uzun olmayacaq. Ajiotaj yaratmağa ehtiyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB