Ekspert: "Ucuz neft dünya iqtisadiyyatı üçün problemdir" AÇIQLAMA

Ekspert: "Ucuz neft dünya iqtisadiyyatı üçün problemdir" AÇIQLAMA

"Arxada qalan 75 il ərzində böhranların əksəriyyəti neftin qiymətinin artımından sonra müşahidə olunurdu. Uzun müddətdən sonra böhran əks parametrlərə görə baş verə bilər. Karbohidrogenlərə aşağı səviyyədə olan qiymətlər yeni qlobal böhranı şərtləndirə bilər. Bunu təkcə kommersiya bankları deyil eyni zamanda maliyyə təsisatları da təsdiqləyir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, əsas problemlərdən biri odur ki, bugün dünyanın inkişafda olan iqtisadiyyatlardan asılılığı 25 və ya 15 il əvvəlkindən daha artıqdır: "BVF-nun hesablamalarına əsasən dünyanın ÜDM-nun 40 % inkişafda olan ölkələrin payına düşür. 90-cı illər ilə müqayisədə bu rəqəm iki dəfə artmışdır. Bu cür ölkələr, bir qayda olaraq xam mal ilə zəngindilər. Dünyada xam mala təlabatın azaldığı dövrlərdə bu ölkələr də əlavə dəyərli mallara təlabat azalır. Beləliklə bu bir həlqəyə bəncəyir. Misal üçün, Apple-in nümunəsinə baxaq: Kaliforniyadan olan bu şirkət öz hesabatında qeyd edib ki, satışların aşağı düşməsi bəzi neft ölkələrində təlabatın aşağı olması ilə əlaqədardır".

E.Əliyev əlavə edib ki, BVF-də aşağıdakı faktı da qeyd edirlər ki, bu cür ölkələrdə hökümətlər dövlət xərclərini aşağı salır və bu yalnız özlərinin iqtisadiyyatlarında deyil, qlobal iqtisadiyyata təsir edir: "Oxford Economix-də yenidən suveren defoltlar haqqında fikirlər səsləndirilir. 80-ci illərdə neft kotirovkaları 10 dollardan aşağı düşəndə bir neçə ölkənin müflisləşməsinin şahidi olmuşduq. Bu gün gündəlikdə olan ölkələr arasında Venesuela, Surinam, Niqeriya kimi ölkələri sadalamaq olar. Neft istehsalçıları arasında TOP-10 luğa daxil olan Niqeriyada 10 illik dövlət istiqrazların illik gəlirliyi artıq 40% yaxınlaşmışdır ki, bu da ölkənin müflisləşməsi həddində olmasının göstəricidir.

Digər tərəfdən bəzi ekspertlər hesab edir ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyat üçün təkan ola bilər. Misal üçün Federal Rezervin Dallas bölməsinin təxmininə görə aşagı neft kotirovkaları səbəbindən dünya iqtisadiyyatının proqnozlaşdırılandan 0.4% daha çox artması müşahidə oluna bilər. BVF-da isə bu fikirlə razılaşmırlar. Bu mülahizənin məntiqi ondan ibarətdir ki, enerjidə xərclərə qənaət istehlak xərclərinin artmasına gətirmir və əksinə aşağı qiymətlər neft qaz sektoruna investisiyaların azalmasına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə