SOCAR 73,9 min ton dizel yanacağı ixrac edib

SOCAR 73,9 min ton dizel yanacağı ixrac edib

SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsi bu ilin yanvarında 73 min 823 ton dizel yanacağı, 41 min 734 ton təyyarə yanacağı, 7 min 78 ton yüksək təzyiqli polietilen, 809 ton mütləqləşdirilmiş izopropil spirti, 2 min 526 ton maye piroliz qətranı, 3 min 97 ton propilen, 60 ton mütləqləşdirilmiş diizopropil efiri və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, yanvarda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 400,35 dollar, təyyarə yanacağının qiyməti - 293,48 dollar, dizel yanacağının qiyməti - 272,48 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 130,85 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə