Azərbaycan Mərkəzi Bankı (AMB) dolların manata qarşı bu günə olan məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, yanvarın 28-ə USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub. Dünən isə dollar 1,6050 manata bərabər olub. Ötən gün dollar günə 1.6052 manatla başlamışdı.
Avrozonanın vahid valyutası olan avro isə yenə də bahalaşıb - 1 avro 1.7432 manat olub. Rusiya rublunun dəyəri isə 0.0201-dən 0.0203-ə qalxıb. Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB