Dövlət Komitəsi istiqrazları qeydiyyata aldı

Maliyyə Nazirliyinin dəyəri 100 ABŞ dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarını qeydiyyata alınıb
Dövlət Komitəsi istiqrazları qeydiyyata aldı

Yanvarın 26-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən bildirilib ki, yanvarın 26-da Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 2 000 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə