İqtisadçı: "Dövlətimiz iqtisadiyyatda yeni dönəm başladır" AÇIQLAMA

İqtisadçı: "Dövlətimiz iqtisadiyyatda yeni dönəm başladır" AÇIQLAMA

"Böhranlar müxtəlif səbəblərdən yaranır. Bu səbəblərin aradan qaldırılması üçün dövlətimiz çox mühüm addımlar atır. Ölkəmizdə aparılan uğurlu iqtisadi, sosial siyasət isə vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.

O qeyd edib ki, Azərbaycan dövləti həm iqtisadi, həm sosial sahədə apardığı işlər, həm də kadr islahatları ilə dünyada baş verən böhranın ölkəmizə çox az təsir etməsi yönündə böyük işlər həyata keçirir: "Bəzi insanlar narazılıq edirlər. Ancaq hər kəs başa düşməlidir ki, böhrandan uğurla çıxmaq, stabilliyi təmin etmək üçün dövlət tərəfindən çox önəmli addımlar atılır. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlər, kiçik və orta sahibkarlığın inkişafı, bank sektorunun daha səmərəli fəaliyyəti üçün qəbul olunan qərarlar və s. Azərbaycan vətəndaşının yaşam səviyyəsinin, rifah halının yüksəldilməsinə yönəlib.

Biz iqtisadçılar düşünürük ki, vergi, gömrük, bank sektoru, kənd təsərrüfatı və digər sahələrdə aparılan islahatlar ölkəmizin davamlı inkişafı üçün çox önəmli və vacibdir. Hər kəs bu islahatların uğurlu nəticələrini görəcək. Dövlətimiz iqtisadiyyatda yeni dönəm başladır. İstehsalatın artırılması, neft gəlirlərindən asılılığın azaldılması üçün aparılan məqsədyönlü siyasət yaxın gələcəkdə öz bəhrəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə