"Bildiyiniz kimi, dünya enerji sahəsindəki miqyaslı dəyişikliklər Azərbaycanın iqtisadi konyunkturası qarşısında yeni çağırışlar və üfüqlər yaratdı. Onlardan başlıcası və ən önəmlisi ümumdaxili məhsulda qeyri-neft sektorunun payının artırılması və inkişafına xüsusi diqqətin yetirilməsidir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev18 yanvar tarixində Nazirlər Kabinetinin iclasında özəlləşdirilmə prosesinin həcmli mərhələsinə start verdi: "Bununla əlaqədar iqtisadi blokumuz nələr üzərində fokuslanmalıdır:
*Ölkənin mövcud resurslarının tam güclə işləməsini təmin etmək, o cümlədən fəaliyyət göstərməyən və ya imkanlarından düzgün istifadə edilməyən müəssisələrin fəaliyyətə gətirilməsinin təmin edilməsi;
*İqtisadiyyatda idarəçilik modellərinin beynəlxalq səviyyəyə uyğun təmin edilməsi;
*Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması;
*Gündəlik tələbat, xüsusilə ərzaq məhsulları ilə ölkənin daxili tələbatının təmin edilməsi ;
*Qeyri-neft sektoruna xarici və daxili investisiyalarının artırılması;
*Daxili istehsalın inkişaf etdirilməsi ilə yerli bazarın idxaldan, dolayısı ilə valyuta itkisindən azad olunması;
*Yerli bazarın təmin edilməsindən artıq istehsal həcmlərinin ixrac edilməsini və ölkəyə valyuta gəlişinin təmin edilməsi;
Ekspertin əlavə edib ki, şübhəsiz ki, bunları etmək üçün peşəkar komandaya ehtiyac yaranacaq: "Xarici və daxili ekspertlərdən ibarət qruplar bu prosesin bütün mərhələlərində müəssisələrin auditini, inspeksiyasını və dəyərləndirilməsini müşayiət etməlidilər. Şəksiz ki, çıxış mərhələsində, institutsionallaşma və implementasiya tsiklindən sonra nəticələr görünəcək. Ümumi olaraq orta müddətli perspektivdə (6-12 ay ərzində) aşağıdakıları təmin etmək mümkündür:
*Xarici valyuta axınını;
*Qida və gündəlik təlabat, yüngül sənaye sahələrinin inkişafını;
*Müasir idarəçilik modellərinin tədbiqini;
*Müəssisələrdə keyfiyyətə nəzarət sisteminin yaradılmasını;
*Daimi, mövsümü və dolayi iş yerlərinin açılmasını;
*Azərbaycanın yeni brend adlarının və mövcud dünya brendləri ilə sinerjisinin yaradılmasını;
*Azərbaycan mallarının beynəlxalq bazarlara çıxışın əldə olunmasını;
*Ölkə iqtisadiyyatına xarici investisiyaların axını nəticəsində qeyri-neft sektorunu canlandırılması;
*Normativ hüquqi bazanın biznes iqlimi cəlbedici edməsi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB