Ələtdə azad iqtisadi zona yaradılacaq

Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib
Ələtdə azad iqtisadi zona yaradılacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı azad iqtisadi zona ola bilər ki, bu da ilk bir neçə il ərzində 1 milyard dollaradək xarici investisiya cəlb etməyə imkan verəcək. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib. Onun sözlərinə görə, layihənin ilkin konseptual planı hazırlanıb və dövlət başçısının rəyi gözlənilir: `İnvestisiyanın cəlbolunma mənbəsinə gəlincə sərmayə dünya praktikasına görə infrastruktura dövlət tərəfindən, qalan hissəsi isə biznes dairələr tərəfindən yatırılır. İnanırıq ki, ilk illərdə investisiyaların həcmi 1 mlrd. dollar çata bilər".

T. Ziyadov əlavə edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2016-cı ildə 5 milyon tondan çox yük daşımağı planlaşdırır:

`Bu ilin sonuna Ələtdə "ro-ro" tipli terminalın tikintisinin yekunlaşması nəzərdə tutulur. Bu terminalın əhəmiyyəti olduqca böyükdür. Çünki bu cür iritonnajlı maşınların şəhərə daxil olması böyük problemlər yaradır. Onların bilavasitə Ələtdən tranzit olaraq daşınması çox vacibdir`.

Bütün xəbərlər Facebook səhifəmizdə