Vergilər Nazirliyi proqnozu yerinə yetirib

Vergilər Nazirliyi proqnozu yerinə yetirib

2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 118 mln. 196,7 min manat vəsait daxil olub. Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla, proqnoz tapşırığına 100,1% əməl edilib.

Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə