"Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Azərbaycanda manatın devalvasiyasına vadar etdi". Bu sözləri Milli Məclisin payız sessiyasının son plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O, qeyd edib ki, bununla bağlı Mərkəzi Bankla görüşlər keçirilib və bir neçə təklif irəli sürülüb: "Məsləhətləşmələr aparmışıq. Təklifimiz ondan ibarətdir ki, əhali 10 min dollara qədər olan kreditlərini köhnə məzənnə ilə ödəsin. İkinci təklif əmanətlərin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Korporativ idarəetmə olan banklarda ümumiyyətlə limit qaldırılsın. Azərbaycanda 43 bankın olması çoxdur. Banklar birləşsin ki, faiz dərəcələri də aşağı düşsün.
Azərbaycanın idxalına ciddi nəzarət aparılmalıdır. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb və uğurla çıxıb. Əhalini təmkinli olmağa çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB