Quyu istismara verilib

"Neft Daşları" yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib.

Quyu 2 317-2 308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə