Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, bu məqsədlə 2015-ci ilin mart ayında QSC-nin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb. Görüşdə "Uralvaqonzavod"dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb.
Bu günə kimi 2255 yük vaqonu Azərbaycana gətirilib. Bunun 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB