Lənkəranda gənc sahibkarlar üçün təlimlər keçirilib FOTOLAR

Lənkəranda gənc sahibkarlar üçün təlimlər keçirilib FOTOLAR

Noyabrın 23-26-da Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Gənclər Dayaq və İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olmuş "Regionlarda gənc sahibkar və fermerlərin bacarıqlarının artırılması" layihəsi çərçivəsində Lənkəran şəhərində "Biznes İdeyası Yarat" və "Öz Biznesinin Başla" təlimləri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, təlimin keçirilməsində məqsəd bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır.

Təlimçi Qorxmaz Əfəndiyev tərəfindən keçirilən təlimdə gənclərə biznesin inkişaf etdirilməsinin yolları barədə geniş məlumat verilib. Bildirilib ki, hazırda ölkədə biznes sahəsinin inkişafı və kənar müdaxilə cəhdlərinin qarşısının alınması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Fikir mübadiləsi şəraitində aparılan təlimlər zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb. Təlimdə iştirak edən 17 gəncə bukletlər paylanılıb və sonda sertifikat təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə