Türkiyə Rusiyaya 10 milyard dollar gəlir qazandırır Açıqlama
"Rusiya və Türkiyə arasında yaranmış siyasi gərginlik iki ölkə arasındakı iqtisadi struktura təsir etməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Türkiyə ilə Rusiya münasibətlərini neft-qaz müstəvisində şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında yaranmış siyasi gərginlik onların iqtisadi əlaqələrinə mənfi təsir göstərməyəcək: "Çünki alqı-satqı məsələləri uzunmüddətli müqavilələr əsasında həyata keçirilib. Hər hansı bir tərəf həmin müqavilənin şərtlərini pozarsa o, buna görə beynəlxalq iqtisadi məhkəmədə cavab verməlidir və qarşı tərəfə dəyən iqtisadi itkini ödəməlidir. Buna görə də tərəflər belə bir addıma heç vaxt getməz".
İlham Şaban bildirib ki, Rusiyanın "Kastrol Eksport" şirkəti hər il Türkiyəyə satdığı qazdan 10 milyard dollar gəlir əldə edir və bu 10 milyard dollar onun ümumi gəlirlərinin ən aşağısı 25 faizini təşkil edir: "Bu 25 faizi itirmək hər hansı bir şirkət üçün öldürücü bir effekt yaradır. Buna görə də iqtisadi cəhətdən iki dövlətin riskə getməsi gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB