2-6 noyabr 2015-ci il tarixlərində Türkiyənin Antaliya şəhərində 2-ci Beynəlxalq Bitki Seleksiyası Konqresi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatı Üzv Ölkələrində (İƏT) Töxumçuluq Sektorunun İnkişafı" - GCP/İNT/123/MUL layihəsi çərçivəsində yekun seminarı keçirilib. Tədbirdə Türkiyə Ərzaq və Heyvançılıq Nazirliyinin, EKOSA-nın, İƏT üzv ölkələrdə sortların sınağı, qeydiyyatı və toxumçuluğu üzrə məsul şəxsləri, TÜRKTOB, İƏT və FAO-nun mütəxəsisləri və ekspertləri iştirak ediblər. 2-ci Beynəlxalq Bitki Seleksiyası Konqresiində Əkinçilik Elmi Tədqiqat İnstitutunun mütəxəsisləri dənli taxıl bitkilərinin seleksiyası, fiziologiyası və fitopatologiyası mövzularında çıxış ediblər.
"İƏT üzv ölkələrdə Töxumçuluq Sektorunun İnkişafı" layihəsinə həsr olunmuş yekun seminarda Azərbaycandan Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin şöbə müdiri Yaqub Quliyev və Əkinçilik İnstitutunun nümayəndəsi Məjlum Şükürov iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda layihənin beynəlxalq məsləhətçisi Söleyman Karaxan layihə çərçivəsində əldə olunmuş nəticələr, İƏT üzv ölkələrin mütəxəsislərinin toxum siyasətinin mövcud vəziyyətinə aid təqdimatlar və müzakirələr keçirilib.
Layihənin beynəlxalq məsləhətçisi Maykl Työrnerin "İƏT Ölkələrində Toxumçuluğun İnkişafına Dair Regional Razılaşma" və " İƏT Ölkələrində Toxumçuluğun İnkişafına Dair Regional Strategiya" mövzusundakı ilkin layihə sənədləri geniş müzakirə olunmuş və təkliflər nəzərə alınmaqla işləndikdən sonra baxılması üçün üzv ölkələrə göndərilməsi razılaşdırılıb.
Seminarın yekununda Regional Razılaşma və Strategiya sənədlərinin tətbiqi və həyata keçirilməsi üçün növbəti tədbirlər planı müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB