Vüqar Bayramov: “Daha sərt cəzaların tətbiq edilməsinə ehtiyac var” AÇIQLAMA

Vüqar Bayramov: “Daha sərt cəzaların tətbiq edilməsinə ehtiyac var” AÇIQLAMA

"Bu gün saxta pullara qarşı mübarizə gücləndirilməlidir. İnkişaf etmiş ölkələrdə (İEÖ) olan praktikanın tətbiq edilməsinə çalışmalıyıq. İEÖ-də mübarizənin gücləndirilməsi zamanı həm texniki, həm də inzibati metodlardan istifadə edilir". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Iqtisadçının sözlərinə görə, İEÖ-də hər bir mal alarkən pulun saxta olub-olmamasını yoxlamaq üçün xüsusi aparat var: "Təbii ki, bu da məcburi xarakter daşıyır. Beləcə vətəndaş mağazada alış-veriş edən zaman pulunu xüsusi aparat vasitəsilə yoxlayacaq ki, görsün o pul saxtadır ya yox. Bu avtomatik olaraq saxta pulların üzə çıxmasına imkan verəcək. Həmçinin bunun psixoloji təsirləri var. Artıq saxta puldan istifadə edənlər xüsusi aparatın olduğunu bildiklərinə görə bundan imtina edəcəklər. Bu baxımdan həmin aparatların mağazalarda quraşdırılması vacibdir. Çünki son faktlar da göstərir ki, saxta pul kəsənlərin və dövriyyəyə buraxanların sayında kəskin artım var. Digər metod inzibati metoddur. Baxmayaraq ki, Azərbaycanda saxta pulun kəsilib yayılması ilə bağlı cəzalar kifayət qədər yüksəkdir, amma daha sərt cəzaların tətbiq edilməsinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə