Küçələrdə xüsusi hərəkət zolaqları yaradılır

Küçələrdə xüsusi hərəkət zolaqları yaradılır

Paytaxtda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə Bibiheybət yolu, Əhməd Rəcəbli küçəsi, Alfred Nobel prospekti, Rəşid Behbudov küçəsi, Yusif Səfərov küçəsi, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi zolaqların yaradılması üçün işlərə başlanılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Bibiheybət yolunda xüsusi hərəkət zolaqlarının çəkilməsi işləri yekunlaşıb, sabahdan etibarən isə Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə Azadlıq prospekti arasında olan hissəsində xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə