Cari ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 30,12 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,5 faiz artıb.
Bu dövr ərzində gəlirlərin 75,59 faizi son istehlak xərclərinə, 9,45 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,88 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 12,08 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 27,27 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox vəsait qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB