Bu il "Kənd təsərrüfatı ili" olduğundan bu sahədə bir sıra islahatlar həyata keçirildi, fermerlərə müxtəlif güzəştlər tətbiq edildi. Daha bir güzəşt əsasən alaq otlarına qarşı mübarizədə istifadə edilən dərman preparatları ilə bağlıdır.
Kənd Təsərrüfatı Nazirliyi fermerləri sevindirəcək daha bir addım atıb. Bu dəfə alaq otlarına qarşı mübarizədə dərman kimi istifadə olunan herbisidlərə güzəşt tətbiq edilib.
Bu güzəştlər sayəsində fermer indiyədək 10 manata aldığı herbisidi bundan sonra 3 manata alacaq. Geridə qalan 7 manat isə lisenziya əsasında fəaliyyət göstərən satıcıların hesabına dövlət tərəfindən köçürüləcək.
Üstəlik, bu güzəştlərin əhatə dairəsi də xeyli geniş olacaq. Yeni qərar fermerlərin də ürəyincə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB