Bu ilin sentyabr ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 7 869 yeni abonent qeydiyyata alınıb. SOCAR-dan SİA-ya verilən məlumata görə, bunun da 2 385-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 5484-ü isə regionların payına düşüb.
Ümumiyyətlə bu ilin yanvar-sentyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 60 333 təşkil edib. Bu göstəricinin də 21 903-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 38430-u isə regionlar üzrə olub.
Bu ilin sentyabr ayında əhali sektoru üzrə 65 mln. 411 min 643 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 122,04% təşkil edib. Qeyri-əhali sektoru üzrə isə 115 mln. 102 min 756 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında 120,26% vəsait toplanıb.
Qeyd edək ki, bu ilin oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 124 921 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 328 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB