Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

2015-ci ilin sentyabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 4,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,0 faiz ucuzlaşıb.
Birillik bitkilərdən buğdanın, payızlıq arpa dəninin, lobyanın, baş kələmin, qarpız və yemişin, bibərin, pomidorun, xiyarın istehsalçı qiymətləri ucuzlaşıb, kartofun, badımcanın, baş sarımsağın, quru otun, baş soğanın istehsalçı qiymətləri bahalaşıb, digərlərinin isə qiymətləri sabit qalıb.
Ay ərzində çoxillik bitkilərdən üzümün, almanın, zoğalın, fındığın, nanə yarpaqlarının istehsalçı qiymətləri ucuzlaşmışdır. Digər çoxillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Heyvandarlıq məhsullarından mal ətinin istehsalçı qiyməti ucuzlaşmış, südün, yumurtanın, quş və qoyun ətinin istehsalçı qiymətləri isə bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə