Bahar Muradova: "Orta təbəqə olmadan milyonları nə qazana, nə də qoruya bilərik" AÇIQLAMA

Bahar Muradova: "Orta təbəqə olmadan milyonları nə qazana, nə də qoruya bilərik" AÇIQLAMA

"Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də kiçik və orta sahibkarlığın inkişafı üçün kreditləşmə prosesini sürətləndirmək lazımdır". Bu fikirləri Parlamentin plenar iclasında Milli Məclisin sədr müavini Bahar Muradova Mərkəzi Bankın rəhbərliyinə və hökumət üzvlərinə müraciət edərək deyib.

Vitse-spiker eyni zamanda yeni investisiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb. O, regionlarda çoxlu sayda obyektlərin açılıb, bir neçə aydan sonra bir-birinin ardınca bağlandığını bildirib: "Arqument kimi manatın məzənnəsi, neftin qiyməti, dünyada gedən proseslər göstərilir. Bu, ümumi səbəblərdir. Amma burada başqa səbəblər də var. Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə yardımçı olmaq üçün onların uçotu aparılmalıdır. Ehtiyac yoxdur ki, yeni sahələr açılsın. Mövcud müəssisələrə yardım etməklə onların fəaliyyətini davam etdirmək olar. Buraxılmış səhvlər araşdırıla və etibarlı dövlət-biznes qurumları formalaşa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə