"Sadələşdirilmiş vergi sisteminin tətbiqinin genişləndirilməsi əlavə gəlirlər gətirəcək” AÇIQLAMA
"2016-cı ilin büdcə layihəsi reallığa əsasən hazırlanıb". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında deputat İlham Məmmədov deyib. O, dünyada iqtisadi xaos və böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirib: "Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir".
O, Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd edib.
Millət vəkilii kənd təsərrüffatı sahəsinin inkişafı haqqında da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanların rifahı üçün önəmliliyini vurğulayıb.
"Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişafına şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək" - deyə, millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB