“2015-ci ilin 9 ayının iqtisadi yekunları pozitivdir” AÇIQLAMA - SƏS TV

“2015-ci ilin 9 ayının iqtisadi yekunları pozitivdir” AÇIQLAMA - SƏS TV

"2015-ci ilin 9 ayının iqtisadi yekunları pozitivdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirənin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, 2015-ci ilin 9 ayının iqtisadi yekunlarını pozitiv qiymətləndirmək olar: "Bu il ümumi daxili məhsuldakı artım tempini qoruyub saxlamaq mümkün oldu. Ən sevindirici məqamlardan biri də ondan ibarətdir ki, iqtisadiyyatdakı artım neftin deyil, qeyri-neft sektorunun hesabına baş verdi. Qeyri-neft sektorunda ikirəqəmli artım qeydə alınıb. Artıq iqtisadiyyatın neftdən qeyri-neft sektoruna divertifikasiyası ilə bağlı addımlar atılır. Bu da inkişafın qeyri-neft sektoru hesabına formalaşması deməkdir".

İqtisadçı bildirib ki, 2015-ci ilin 9 ayının yekunlarında əhalinin gəlirləri yenə də inflyasiya səviyyəsini üstələdi: "Əhalinin gəlirləri təxminən iki dəfəyə yaxın inflyasiya səviyyəsindən çoxdur. Bu gəlirlərin real olmasından xəbər verir. Eləcə də 2015-ci ilin iqtisadi yekunlarında həm aqrar sektorunda, həm də sənayedə artımın qeydə alınıb. 2015-ci il kəndə təsərrüfatı ili idi və bu baxımdan kənd təsərrüfatında artım tempinin qorunub saxlanılması və artımın qeydə alınması olduqca müsbət bir addım idi. Bu baxımdan 2015-ci ildə aqrar sektorda aparılan islahatlar növbəti illərdə də öz bəhrəsini daha ciddi şəkildə göstərməyə başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə