Oktyabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib. ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, MHŞT-nin İdarə Heyətinin sədri xanım Kler Şortunun iştirakı ilə keçirilən iclasda Azərbaycanın MHŞT-də yenidən tamhüquqlu üzv statusunu əldə etməsi, 2013-cü il üzrə MHŞT Hesabatına dair Beynəlxalq Katibliyin və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə QHT Koalisiyasının rəyləri, 2015-ci ilin İş Planında qeyd olunmuş məqsədlərin Azərbaycanın hasilat sənayesinin milli prioritetlərinə uyğunlaşdırılması və digər məsələlər müzakirə olunub.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB