SOCAR 8 ayda 5,5 milyon tondan çox neft hasil edib

SOCAR 8 ayda 5,5 milyon tondan çox neft hasil edib

Səkkiz ayda Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) neft hasilatı 5 milyon 539,3 min ton olub. Yanvar-avqust aylarında Azərbaycanda ümumilikdə 27 milyon 890,3 min ton neft hasil edilib. Dövlət Neft Şirkətindən verilən məlumata görə, avqustda SOCAR 699,2 min ton neft hasil edib. Ölkə üzrə isə bu rəqəm 3 milyon 387 min ton olub.

Bütün xəbərlər Facebook səhifəmizdə