Gələn il yaşayış minimumunun məbləği artırılacaq AÇIQLAMA

Gələn il yaşayış minimumunun məbləği artırılacaq AÇIQLAMA

"Gələn il Azərbaycanda ehtiyac meyarı dəyişilməz olaraq qalacaq". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Sosial Siyasət komitəsinin iclasında iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova deyib.

O, qeyd edib ki, 2016-cı ildə ehtiyac meyarı 105 manat olacaq: "Bir ay müddətində bir ailənin minimal yaşayışı üçün 639,2 manat hesablanıb. Beləliklə, əgər orta hesabla hər ailədə 4,7 nəfər götürülürsə, o zaman ailə üçün ehtiyac meyarı 493,5 manat təşkil edir və həmin rəqəm bu gün hər bir azərbaycanlı üçün götürülən orta aylıq əmək haqqından (459 manat) çoxdur. Gələn il üçün orta aylıq əmək haqqı 474,5 manat təşkil edir və bu rəqəm yenə də ailə üçün götürülən ehtiyacmeyarından aşağıdır".

Nazir müavini növbəti ildə yaşayış minimumunun 136 manat təşkil edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə