Xəzərin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündən 37 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2 976-2 941 metr intervaldan sutkalıq 100 ton neft və 19 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB