Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsi sentyabrda 56 min 484 ton dizel yanacağı və 18 min 727 ton təyyarə yanacağı ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, ümumilikdə yanvar-sentyabr aylarında 707 min 282 ton dizel yanacağı, 178 min 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac olunub. Sentyabrda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 502,77 dollar, təyyarə yanacağının qiyməti - 466,90 dollar, dizel yanacağının qiyməti - 449,25 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 220,76 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB