Kompleks Qazma İşləri Tresti "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Darvin bankası" yatağında 2 yeni quyunun qazmasına başlayıb. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, yataqdakı 740 nömrəli meydançadan qazılan 745 nömrəli quyunun layihə dərinliyi 930 metr, 720 nömrəli meydançadan qazılan 764 nömrəli quyunun layihə dərinliyi isə 1440 metrdir.
Geoloqların hesablamalarına görə, Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB