İran səkkiz ayda Naxçıvana 177,8 milyon kubmetr qaz nəql edilib
Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının "mavi yanacaq"la təmin edilməsi məqsədilə İran İslam Respublikasına uzunmüddətli mübadilə (sap) müqaviləsi çərçivəsində bu ilin səkkiz ayında 177,8 milyon kubmetr qaz nəql edilib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində məlumat verib.
R.Abdullayev bildirib ki, 2014-cü ildə ölkə üzrə hasil olunan qazın ümumi həcmində (29,6 milyard kubmetr) SOCAR-ın payı artaraq 7,2 milyard kubmetrə çatıb. Ölkənin təbii qaza ehtiyacı tam ödənilib və ötən il Naxçıvan Muxtar Respublikasına 398,5 milyon kubmetr nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB