Yeni quyu qazılır

"Qaradağ" yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə 487 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu Qaz anbarları istismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılır.

Quyunun layihə dərinliyi 3 100 metrdir, 487 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə