SOCAR-ın dəstəyi ilə Gürcüstanda xeyriyyə tədbiri keçirilib

SOCAR-ın dəstəyi ilə Gürcüstanda xeyriyyə tədbiri keçirilib

Gürcüstan Filarmoniyasının böyük konsert zalında "SOCAR Energy Georgia" şirkətinin baş sponsorluğu ilə Nino Surquladze Beynəlxalq Xeyriyyə Fondunun qala-konserti keçirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, böyük informasiya dəstəyinə malik konsert birbaşa efirdə yayımlanıb. Tədbirin aparıcıları "SOCAR Energy Georgia" şirkətinin Gürcüstanda xeyriyyəçiliyi və sosial layihələri dəstəklədiyini dəfələrlə vurğulayıblar.

Şirkətin baş direktoru Mahir Məmmədov artıq 12 xəstə uşağın həyatını xilas etmiş Nino Surquladze fondunu böyük məmnuniyyətlə dəstəklədiklərini bildirib. Xeyriyyə konsertində tanınmış sənətçilər Nino Surquladze, Fabio Armiliato, Daniela Desi, Alberto Qadzale, Françeska Deqo və Daniel Rustioni iştirak ediblər. Bilet satışından və telefon zənglərindən əldə olunan vəsait xəstə uşaqların xaricdə müalicəsinə yönəldilib. Sənətçilər belə bir xoşməramlı tədbirdə iştirak etdikləri üçün qürur duyduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə