Cəmşid Naxçıvanskiyə həsr edilən poçt markası

Cəmşid Naxçıvanskiyə həsr edilən poçt markası

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni marka Azərbaycanın görkəmli hərbi xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilib.

Poçt markasının üzərində C.Naxçıvanskinin şəkli təsvir olunub.

Markanın nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayının 2-də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə