Dövlət büdcəsinə 4,1 mlrd. manat vəsait daxil olub

Dövlət büdcəsinə 4,1 mlrd. manat vəsait daxil olub

Vergilər Nazirliyi 2015-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları haqqında məlumatı açıqlayıb. Nazirliyin Analitik informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 104 mln. 76,7 min manat vəsait daxil olub. Bununla da proqnoz tapşırığına 101,9% əməl edilib.

Hesabat dövründə vergi orqanlarında 47 396 vergi ödəyicisi qeydiyyata alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə