"Neft Daşları" yatağındakı 2595 nömrəli stasionar dəniz özülündə 2585 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın Dövlət Neft Şirkətinin (SOCAR) saytına istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2264-2249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB