Arif Məmmədov: “Bəzi istiqamətlərdə uçuşlar dayandırılacaq” AÇIQLAMA
"Hər bir təyyarənin səmərəli uçuşu üçün maya dəyəri mövcuddur. AZAL-ın tətbiq etdiyi 20 faizlik endirimdən sonra bəzi istiqamətlərdə uçuşlar dayandırılacaq". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransı zamanı AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.
O qeyd edib ki, yeni qiymət tarifinin sistemi Avqustun 1-dən etibarən aktiv olacaq. Regionlara uçuşların təşkili üçün xarici şirkətlər cəlb olunur. Ən ucuz qiymətə olacaq uçuşlarda isə əl baqajından artıq yük götürməyə pulsuz icazə verilməyəcək: "Avqust ayının 1-dən etibarən yeni qiymətlər sistemə daxil ediləcək. Bu tarixdən sonra uçuşlar yeni qiymətlərlə həyata keçiriləcək. Hazırda xarici şirkətlərin regionlara səfərləri ilə bağlı danışıqlar aparılır. Lakin regionlara uçuşlara kifayət qədər maraq yoxdur. AZAL yeni tarifə əsasən 99 avroluq uçuşları yalnız uçuş müddəti 2 saat yarım olan məsafələrdə tətbiq edəcək. Bu halda isə sərnişinlər sadəcə 5 kiloqram çəkidə əl bagajı götürə biləcəklər. Əlavə yük üçün isə 50 manat ödəməli olacaqlar. Minimum çəkisindən asılı olmayaraq əlavə yükün maksimum çəkisi 23 kiloqrama qədər olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB