Murtuzəli Hacıyev: “Taxıl biçini ilə bağlı bu il problem yaranmayacaq” AÇIQLAMA

Murtuzəli Hacıyev: “Taxıl biçini ilə bağlı bu il problem yaranmayacaq” AÇIQLAMA

"Bu il taxıl biçininin aparılması üçün texnika ilə bağlı hər hansı problem və çətinlik yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O qeyd edib ki, ölkəmizə artıq 150 taxıl biçən kombayn gətirilib. Bunlarda 38-i keçən həftə bölgələrə paylanıb. Bundan sonra da bütün bölgələrə paylanacaq. Taxıl biçini ilə bağlı regionlarda zona müşavirələri keçirilir: "Respublikaya 150-yə yaxın yeni kombayn gətirilib. Onların 38-i bir həftə öncə kənd təsərrüfatı məhsul istehsalçılarına verildi. Bu il eyni zamanda Rusiya istehsalı olan ən müasir modelləşdirilmiş kombaynlar gətirilib. Bunlar "Rostovmaş" zavodunun istehsalı olan kombaynlardır. Həmin kombaynlar yeni modelləşdirilmiş tiplərdəndir. Bundan başqa, "New Holland" və Almaniya istehsalı olan "Class" kombaynları da gətirilib. Kombaynlar respublikanın müxtəlif bölgələrinə paylaşdırılıb. Ən çox istehlak edən bölgələrdən biri Cəlilabaddır. Həmin kombaynlardan artıq mütəmadi olaraq bölgələrə verilir. Taxıl biçini ilə bağlı bu il heç bir problem yaranmayacaq. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyini, onun struktur bölmələri, "Avrolizinq" mütəxəssisləri keçən həftənin şənbə günü Saatlı rayonunda taxıl yığımına hazırlıqla bağlı böyük zona müşavirəsi keçirilib. Dünən isə İsmayıllı rayonunda zona müşavirəsi baş tutdu. Bu silsiləli tədbirlər bütün bölgələrdə keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə