ÜDM 5,5% artıb

2015-ci ilin dörd ayı ərzində ölkədə 16,6 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% çox ümumi daxili məhsul istehsal olunub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu dövrdə ümumi daxili məhsulun 36,2%-i sənayedə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 13,5%-i tikintidə, 10,7%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6%-i nəqliyyat və anbar təsərrüfatında, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 2%-i informasiya və rabitə xidmətlərində, 15,2%-i isə sosial və digər xidmətlər sahəsində yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə