Vergilər Nazirliyinin Analitik informasiya şöbəsi 2015-ci ilin yanvar-mart aylarında vergi daxilolmaları haqqında məlumat yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 2015-ci ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752,0 min manat vəsait daxil olub. Bu da onu göstərir ki, proqnoz tapşırığına 103,0 faiz əməl edilib.
Qeyri-neft-qaz sektorundan vergiyə daxilolmaların məbləği 1 milyard 55 milyon 742,0 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyd edək ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB