"Keçən il fermerlərə toxumçuluqla bağlı subsidiyalar verilib". Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Haciyev deyib.
Onun sözlərinə görə, proses bu il də davam etdiriləcək: "Bu il də həmin proses davam etdiriləcək. Yəni bu məsələ olduğu kimi icra olunmaqdadır".
Murtuzəli Hacıyev onu da qeyd etdi ki, bu il subsidiya sistemi təkmilləşdirilir. Toxumçularla birlikdə tingçilərə də subsidiyalar veriləcək: "Bu il isə subsidiya sistemi təkmilləşdirilir. Yəni əsl toxum istehsalçıları dövlət tərəfindən verilən subsidiyaları alacaqlar. Bu qərar yenə də öz qüvvəsindədir. Təkcə toxumçular deyil, həmçinin ting istehsalçıları da bundan faydalana biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB