"Artıq bayramla əlaqədar olaraq bir çox yerlərdə yarmarkalar təşkil edilir. Yarmarkalarda satılan məhsulların da əksəriyyəti daxili istehsal hesabına olur". Bunu SİA-ya açıqlamasında iqtisadçı Əli Əlirzayev söyləyib. Bildirib ki, yarmarkalarda süni qiymət artımlarının olması əsassızdır: "Çünki ölkənin özünün qiymət siyasəti var ki, qiymət tənzimlənməlidir. Kənd təssərrüfat məhsulları xaricdən gəlmir ki, qiymət artsın. Yarmarkalarda yerli məhsullar satıldığına görə qiymət artımının olması mümükün deyil. Qiymətlər əhalinin rifahına təsir etməməlidir. Bəzən sahibkarlar qanunlara zidd çıxaraq süni qiymət artımları edirlər. Onlarının da hərəkətlərinin qarşısının alınması üçün İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu məsələni nəzarət altına almalıdır ki, süni qiymət artımı olmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB