İsmayıllıda uzun müddət istifadəsiz qalan yağ-pendir zavodunun ərazisində kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı üçün "Yaşıl market"in tikintisinə başlanıb. "Yaşıl market"in ərazisində soyuducu anbarlar, məhsulların qəbulu və satışı üçün xüsusi yerlər, habelə otel, internet mərkəzi, məişət və xidmət obyektləri, qaraj inşa olunacaq. Burada məhsulların topdan satışı üçün respublikanın hər yerindən gün ərzində sifarişlər də qəbul ediləcək.
"Yaşıl market"də ilkin mərhələdə 250, ikinci mərhələdə isə 500 nəfər işlə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB