Əli Əlirzayev: “Əmanət qoyuluşunda psixoloji amillər böyük rol oynayır” AÇIQLAMA

Əli Əlirzayev: “Əmanət qoyuluşunda psixoloji amillər böyük rol oynayır” AÇIQLAMA

"Hazırda kütləvi şəkildə vətəndaşlar banklara əmanətlərini manatla qoymur. Daha çox avro və dollarla banka əmanət qoyulur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Əli Əlirzayev deyib.

Onun sözlərinə görə, əgər faizlər manatla əmanət yatırımında aşağı salınarsa vətəndaşlar pullarını valyutalar arasında gəzdirməkdən xilas olarlar: "Çünkü bu valyutalarla banka pul qoyulduqda faiz dərəcələri aşağı olur. Faizləri aşağı saldıqda insanlar öz pullarını avroya dəyişib aşağı faizlə banka qoymaqdan azad olunacaqlar. Yəni burada banklara əmanətlərin daha çox manatla qoyuluşu artmış olacaq".

Ekspert həmçinin vurğulayıb ki, əmanətlərin hansı valyuta ilə banklara yerləşdirilməsində ikinci əsas rolu oynayan məsələ psixoloji təsirlərdir. Yəni proqnozlar burada həlledici rollardan birini oynayır: "Bütün bunlar faizlərlə bağlı olan məsələlərdir. Lakin burada psixoloji amillər də böyük rol oynayır. Belə ki, insanların avronun düşməsi ilə bağlı proqnozları eşitdikdə istər istəməz bu valyutadan qaçış başlayır. Amma unutmamaq lazımdır ki, avrodan başqa dollar da burada əsas rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, vətəndaşların banklara əmanətləri qoymalarında əsas rolu ilk növbədə faiz amili, daha sonra isə psixoloji amillər oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə