ARDNŞ əməkdaşının ölümü ilə bağlı məlumat yaydı

ARDNŞ əməkdaşının ölümü ilə bağlı məlumat yaydı

ARDNŞ əməkdaşınıın ölümü ilə bağlı məlumat yayıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 28-də, saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə "Abşeronneft" NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozmuş və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb.

Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. Ağaməlik Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə