İqtisadçı: “Bu yerində atılan və düzgün bir qərardır” AÇIQLAMA

İqtisadçı: “Bu yerində atılan və düzgün bir qərardır” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əhalinin rifah halı və sosial durumu bir daha özünü bu qərarda əks etdirdi". Bunu SİA-ya iqtisadçı - ekspert Nicat Hacızadə Prezident tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarının ləğv edilməsinə münasibət bildirərkən deyib.

İqtisadçının sözlərinə görə, dünyada baş verən böhran neft ixrac edən ölkələrə bütünlüklə təsir edir və etməkdədir: "Qərbin rəsmi Moskvaya təsiri təkcə Rusiyaya təsir etmir, həmçinin onun ətrafında olan ölkələrə də dolayı yolla təsir göstərir: "Tarif şurasının bu qərarını nəzərə alsaq bu gün neftin qiyməti salınması fonunda ya sabit qalmalıdır ya da enməlidir. Amma əksinə oldu. Beləki qiymətlər 2 qəpik qalxdı. Lakin ölkə başçısı İlham Əliyevin prezidentliyi dövründə əhalinin rifah halı və sosial durumu bir daha özünü bu qərarda əks etdirdi. Hesab edirəm ki, bu yerində atılan və düzgün bir qərardır".

Bütün xəbərlər Facebook səhifəmizdə