İqtisadçı: "Varlı olmasaq da olar, əsas odur ki xoşbəxt olaq" MÜNASİBƏT
"National’s Business jurnalının hesablamarına görə, 2015-ci ili qarşılamq üçün ən bahalı şəhər Londondur. London mərkəzində iki nəfərlilk 6 saatlıq yeni il şənliyi şam yeməyi ilə birlikdə 826 manatdır (680 pound). Toronto ikinçidir: çütlük burada şənlik və şam yeməyinə 330 manat xərcləməlidir. Üçüncü yerdə olan Parisdə 464 manatından (480 avro) keçməlisən". SİA-nın məlumatına görə, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov öz "facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, bahalı təsiri bağışlayan Avropanın məşhur şəhərlərindən olan Praqada 80 manat, Budapestdə isə 124 manat yeni ili qeyd etmək üçün kifayət edir: "Dünyanın sözügedən məşhur jurnalının bahalı yeni il şam yeməklərini müəyyənləşdirən zaman səhvə yol verməsə də bir texniki yanlışlığı olub: Bakı restoranlarındakı yeni il şənliyi qiymətləri ilə maraqlanmayıb. Maraqlansaydı o zaman bəzi hallarda adambaşına 500 manat qiymət belə təklif etməkdən usanmayan Bakı restoranları üçün ayrıca olaraq xüsusi "daha bahalılar" kateqoriyası yaradardı. Bakıda restoranda deyil, evdə yeni ili qarşılamaq üçün 4 nəfərik ailə üçün 120 manat tələb olunur. Bu təxminən Praqada yeni ili restoranda qeyd etmək üçün tələb olunan məbləğə yaxındır.
Amma, yeni ilin bayramının dəyəri heç də nə qədər pul xərcləməklə ölçülmür. Nobel mükafatçısı Duqlas Nors son məqaləsində sual edir: amerikalılar varlıdırlarsa niyə xoşbəxt deyillər? Cavab sadədir: xoşbəxtliyin tərifi yoxdur, varlı olmaq xoşbəxt olmaq anlamına gəlmir. Elə bahalı yeni il axşamları, şam yeməkləri də nisbidir. Varlı olmasaq da olar, əsas odur ki xoşbəxt olaq. 2015-ci ildə xoşbəxtlik, sağlam həyat və uğurlar diləyi ilə hamınızı maddi dəyərindən asılı olmayaraq ürəyinizcə olan yeni il bayramı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB