Macarıstan Azərbaycanda Regional Məlumat Mərkəzi yaradacaq

Macarıstan Azərbaycanda Regional Məlumat Mərkəzi yaradacaq

Macarıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və bu ölkənin baş naziri Viktor Orbanın görüşündən sonra tərəflər arasında bir neçə sənəd imzalanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə