“Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti dayandırılıb

“Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərneftyağ" neft emalı zavodu (NEZ) fəaliyyətini dayandırıb. AzərTAc xəbər verir ki, bu haqda jurnalistlərə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev bildirib ki, bitum və müxtəlif yağların istehsalı 2017-ci ildən etibarən Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) həyata keçiriləcək. Bu məqsədlə layihə gücü 8 milyon tona çatdırılacaq BNEZ-də krekinqin rekonstruksiyası nəzərdə tutulur. Beləliklə, respublikanın bitum, yağ, benzin və dizel məhsullarına olan tələbatı bir zavod vasitəsilə ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə