Vüqar Bayramov: “Bu Konsepsiya dövlət sənədi kimi qiymətləndirilməlidir” Açıqlama

Vüqar Bayramov: “Bu Konsepsiya dövlət sənədi kimi qiymətləndirilməlidir” Açıqlama

" "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına növbəti illərdə, yəni 2020-ci ilədək əsas makro inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu Konsepsiya iqtisadiyyatla bağlı Azərbaycan Respublikasının əsas sənədi kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hərtərəfli bir proqram olaraq, iqtisadiyyatın bütün tərəflərini özündə əks etdirir: "Birmənalı şəkildə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası iqtisadiyyatın bütün sektorlarında inkişafla bağlı müəyyənləşdirilmiş istiqamətlərə uyğun olaraq, məhz dövlət siyasətinin formalaşmasını özündə ehtiva edir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası daha geniş və bütün sektorları əhatə edən dövlət sənədi kimi qiymətləndirilməlidir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının ən ciddi müsbət məqamlarından biri ondan ibarətdir ki, bu proqram yalnız makro səviyyədə inkişaf templərinin deyil, eyni zamanda bütövlükdə ölkədə hər bir sektor üzrə inkişafı müəyyənləşdirən istiqamətlərin formalaşdırılması və bu istiqamətlər üzrə Azərbaycan Respublikasının davamlı inkişafına nail olunmasını özündə ehtiva edir".

Ekspert "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını ölkə rəhbərinin siyasi iradəsi olaraq dəyərləndirib: " "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına eyni zamanda ölkə prezidentinin siyasi iradəsi kimi baxmaq lazımdır. Çünkü "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, məhz ölkə prezidentinin Azərbaycan iqtisadiyyatına daha diversifikasiya olunmuş və xüsusən də qeyri –neft sektorunun dəstəklənməsinə əsaslanan inkişaf xəttinin seçilməsini özündə birləşdirir".

Vüqar Bayramov Regionların İnkişafı üzrə Dövlət Proqramının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının istiqaməti olduğunu qeyd etdi: "Regionların İnkişafı üzrə Dövlət Proqramı birbaşa regionların inkişafını dəstəkləyən proqramdır. Regionların İnkişafı üzrə Dövlət Proqramı birmənalı şəkildə regionlarda inkişafın bərqərar olması, o cümlədən regionlarda strukturun formalaşması və inkişaf etdirilməsidir. Bu baxımdan regionlara investisiyanın cəlb edilməsi, regionlar və paytaxt arasında fərqin aradan qaldırılması üçün biznes mühitinin daha da yaxşılaşdırılması, daxili və xarici sərmayələrin cəlb edilməsinə nail olunmasını özündə ehtiva edir. Regionların İnkişaf Proqramı praktiki olaraq paytaxtdan kənarda inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənəddir. Proqram çərçivəsində həm sənaye, həm də aqrar sektorun inkişaf etdirilməsi ilə bağlı çox fərqli və olduqca əhəmiyyətli layihələr həyata keçirilir və həyata keçirilməkdədir. Regionların İnkişafı Proqramı çərçivəsində birinci mərhələdə regionlarda infrastrukturun formalaşdırılması tamamən başa çatıb. Demək olar ki, Azərbaycanın bütün regionları fasiləsiz mavi qaz, işıq və digər kommunal xidmətlərlə təmin olunur. Bu da imkan verir ki, biznesin inkişafı üçün real şərait formalaşsın".

Regionların İnkişaf Proqramı sayəsində son illərdə regionlarda ciddi işlərin görüldüyünü bildirən ekpsert, iş yerlərinin açılmasında da ciddi irəliləmələrin olduğunu vurğuladı: "Eyni zamanda statistikaya nəzər salsaq, son illər Azərbaycanda yaradılan iş yerlərinin 67 %-i regionların payına düşür. İnvestisiya qoyuluşlarında regionların payında ciddi artımlar var. Bu ondan xəbər verir ki, Regionların İnkişaf Proqramı regionlarla paytaxt arasında iqtisadi fərqin aradan qaldırılmasına ciddi töhfə verməkdədir. Regionların İnkişaf Proqramı hal-hazırda regionlarda sənayeləşmənin əsasını qoymaqla, aqrar sektorun emaledici istiqamətinin dəstəklənməsini həyata keçirir. Bütün bunlar regionlarda sənaye məhəllələrinin yaradılmasına gətirib çıxaracaq. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası daxilində regionların inkişafı əsas hədəflərdən biri kimi göstərilir. Mövcud Azərbaycanın inkişaf strukturuna uyğun olaraq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası daxilində hər bir istiqamət üzrə məhz bu cür əhəmiyyətli proqramların qəbul edilməsi həyata keçirilir. Bu baxımdan Regionların İnkişaf ilə bağlı Dövlət Proqramı, irimiqyaslı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və Azərbaycanda dəyanətli inkişafın dəstəklənməsi baxımından icra edilən əsas proqramlardan biridir. Birmənalı şəkildə proqram regionlarda məşğulluğun təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması, sərmayelərin cəlb edilməsi kimi əhəmiyyətli məsələlərə nail olmaqla yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatında diversifikasiyanı və dayanıqlı inkişafın təməlini qoymaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə